Vild-Donald Gerye möhtəşəm addım atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi vətəni Haitidə koronavirusdan əziyyət çəkən insanlara yardım edəcək. Bunun üçünsə maraqlı ideya təklif edib. 

Deməli, dekabrın 27-də Haitidə "Geryenin dostları" ilə "Ölkənin ulduzları" komandaları üz-üzə gələcək. Ölkənin aparıcı telekanalının yayınlayacağı oyundan əldən olunan gəlir koronavirusa yoluxan xəstələrin müalicəsi, iynə-dərmanları üçün sərf olunacaq. Məbləğin bir qismi isə işsizlikdən və imkansızlıqdan əziyyət çəkən insanlara ayrılacaq. Xeyriyyə matçında Geryenin dostu olan ölkə prezidenti Covenel Mois də iştirak edəcək.

Qeyd edək ki, təcrübəli futbolçu buna qədər də bir neçə dəfə xeyriyyə işləri ilə alqış qazanıb.