FİFA ilin ən yaxşı məşqçisi adına namizədlərin adını təqdim edib.

Offsideplus.az xəbər verir ki, siyahıda üç mütəxəssisin adı var: "Lids"i çalışdıran argentinalı Marselo Byelsa, "Bavariya"nın baş məşqçisi Hans-Diter Flik və "Liverpul"da əsas söz sahibi olan Yurgen Kloppdur. 

Byelya 16 ildən sonra "Lids"i Premyer Liqaya qaytarmağı bacardısa, Flik "Bavariya" ilə Almaniya çempionluğu, ölkə kuboku və Çempionlar Liqası kubokunun sevincini yaşadı. Klopp isə "Liverpul"u 30 ildən sonra çempionluğa yüksəltdi. 

Qalibin adına 17 dekabrda onlayn formatda aydınlıq gələcək.

Qeyd edək ki, Yurgen Klopp ötən il bu mükafatın qalibi olmuşdu.