FİFA ilin futbolçusu adına namizədləri açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun "tvitter" səhifəsi məlumat yayıb. “Barselona”dan Lionel Messi, “Yuventus”dan Kriştiano Ronaldo və “Bavariya”nın Robert Levandovski ən yaxşılar sırasındadır.

Qeyd edək ki, "ən yaxşı"nı seçmək üçün onlay formatda keçiriləcək tədbir dekabrın 17-də baş tutacaq.

The Best Player FİFA mükafatı 2016-cı ildən "France Football"ın "Qızıl top" mükafatının davamçısı kimi təsis olunub ki, bu müddətdə Kriştianu Ronaldo 2 dəfə qalib olub. Hərəyə bir dəfə Lionel Messi ilə Luka Modriç sevinib.