Legioner həyatı yaşayan həmyerlimiz klubundan ayrılıb.

Söhbət ötən ilin yayından "Samtredia"nın şərəfini qoruyan Nicat Qurbanovdan gedir.

Offsideplus.az xəbər verir ki, buna 28 yaşlı futbolçunun Gürcüstan təmsilçisi ilə müqaviləsinin müddətinin başa çatması səbəb olub. Bu ilin əvvəlində klubla 1 illik anlaşan həmyerlimiz mövsümə əla başlasa da, vaxtsız zədələnməsi uzun müddət yaşıl meydanlardan kənar qalması ilə nəticələnmişdi. Qonşu ölkədə çempionat başa çatdığından Qurbanov Bakıya qayıdıb. Onun növbəti ildə də "Samtredia"nın formasını geyib-geyməyəcəyi qarşı tərəfin təklifindən və Azərbaycan futbolunun ümumi durumudan asılı olacaq. Nicatla burda maraqlanan olsa, karyerasını vətəndə davam etdirəcək.

Qeyd edək ki, vaxtilə "Nefçi", "Simurq", "Sumqayıt", "Şüvəlan" kimi komandaların formasını geymiş yarımmüdafiəçi Gürcüstanda oynadığı ilyarımda 25 matçda forma geyməklə 10 qola imzasını yazdırıb.