“Neftçi”nin gənc utbolçusu koronavirusa yoluxmasından danışıb.

Offsideplus.az xəbər verir ki, Mert Çelik bu haqda "feysbuk" səhifəsində yazıb: "Salam, "Neftçi" azarkeşləri. Bildiyiniz kimi, COVID-19 testim müsbət çıxdı və dərhal özümü təcrid etdim. Hazırda vəziyyətim yaxşıdır. Hər gün daha da yaxşı oluram. Sizdən xahişim odur ki, ehtiyac olmadıqca bayıra çıxmayaq, evimizdə qalaq. Çölə çıxanda maskamızı taxaq və sosial məsafəni qoruyaq. Bu çətin günlər keçəcək. İnanıram ki, yenidən görüşəcəyik. Həmin vaxtadək evdə qalın, sağlam qalın".

Qeyd edək ki, "Neftçi"də son günlər kütləvi yoluxma halı müşahidə olunmaqdadır.