Argentinada hələ də Dieqo Maradonanın yoxluğu ilə barışa bilmirlər. Milyonların sevimlisi hər imkanda anılır.

Offsideplus.az xəbər verir ki, bu dəfə yerli çempionatın "Boka Xuniors" - "Nyuells Old Boyz" qarşılaşması ciddi marağa səbəb olub. Azarkeşsiz keçirilən oyunda rəhmətliyin vaxtilə formasını geydiyi iki komanda qarşılaşıb. Matç xüsusi məqamlarla yadda qalıb deyə, oyunun özü arxa lana keçib. 

Hər iki komandanın üzvləri və hakimlər meydana arxasında "Maradona" yazılan, qarşısında rəhmətliyin silueti olan milli formalarda çıxıblar. 

rue49c04ed0c7

Oyunda istifadə olunacaq top və Maradonanın "Boka"da geyindiyi "10" nömrəli futbolka meydana oyuncaq maşınla gətirilib.

ruefbdcf2469b

Hakimin start fitindən bir neçə saniyə əvvəl meydanın mərkəz dairəsinə Dieqonun iri həcmli şəkli yerləşdirilib. 

rue928b699f55

90 dəqiqə ərzində stadiondakı bütün reklam lövhələrini və bannerləri Maradonanın şəkilləri bəzəyib.

rue6de672278f

ruec9d3dac85a

ruee14624dbe6

"Boka"lılar oyunboyu arxalarındakı məşhur soyadla top dalınca qaçıblar.

ruea4aca941cb

Ən təsirli an görüşün 12-ci dəqiqəsində yaşanıb. Meydan sahiblərinin kolumbiyalı yarımmüdafiəçisi Edvin Kardona cərimə zərbəsindən möhtəşəm qol vurandan sonra komanda yoldaşları ilə birgə Maradonanın lojasına tərəf qaçıb. Dieqo artıq orda yox idi. Orda olan onun böyük qızı Dalma idi.

Futbolçular Argentina millisinin formasını çıxararaq alqışlayıblar. Bunu görən Dalma özünü saxlaya bilməyərək göz yaşlarında boğulub. Dalmanı yanındakı həyat yoldaşı sakitləşdirib.

rue721aa663a2 copy

8f936331e11eb9ed48b586954739c

9e406331e11eb90f48b586954739c

Oyun "Boka Xuniors"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hakimin final fitindən sonra futbolçular "Life is life" mahnısının sədaları altında yenidən Dalmanın əyləşdiyi lojaya tərəf gəliblər. Məşhurun qızı göz yaşlarını içində komandaya təşəkkür edib.