Dieqo Maradonanın ölümüdən günlər keçsə də, Argentina xalqı dayanmaq bilmir. Gah keçmişlə bağlı hansısa xatirəni üzə çıxarırlar, gah kimsə heç kimin bilmədiyi faktın üstünü açır, gah da...

Xalq bu dəfə ölkə rəhbərliyinə müraciətdə bulunub.

Offsideplus.az xəbər verir ki, insanlar milli valyutanın üzərində Maradonanın şəklinin olmasını arzulayır. Həm də ən qiymətli - 10 minlik pesonun üzərində. Artıq valyutanın dizaynı da hazırlanıb. Argentina bayrağının üzərində rəhmətliyin şəkli, yanında da 1986-cı ildə qazanılan dünya çempionluğu kuboku.

Artıq yeni valyutanın istifadəyə verilməsi ilə bağlı səsverməyə start verilib. Və 19 saat ərzində 15 min insan razılıq verib. 

Hazırda Argentinada valyutanın ən dəyərlisi 1000 pesodur. İnsanların fikrincə, 10 min pesonun dövriyyəyə buraxılması yerli pul vahidinin dəyərinin artmasna sabəb olacaq.

EoG9IeDXIAMhu53