Ağır çəkidə MMA çempionu Emilyano Sordi nümunəvi addımla yadda qalıb.

O, qalib olduğuna görə əldə etdiyini 1 milyon dolları xalqı üçün xərcləyib. 

Offsideplus.az "MMAjunkie"yə istinadla xəbər verir ki, 2019-cu ildə kəmərə sahib çıxdığına görə öncədən müəyyənləşən mükafat fonduna - 1 milyon dollara sahib çıxan argentinalı döyüşçü pulun 1 dollarını da özünə götürməyib. Pandemiya nəticəsində işsizlikdən və aclıqdan əziyyət çəkən insanların üzünü güldürməyi üstün tutub.

Səbəbkar verdiyi açıqlamada bunları deyib: "Mən Ri-Kuartodanam. Balaca şəhərdir, 180 minə yaxın əhalisi var. Burda yaşayan insanlara çox çətindir. İqtisadiyyatın bərbad olması insanları çıxılmaz vəziyyətlə üz-üzə qoyub. Dostlarımla 300 nəfərə kömək etməkdən başlamışdıq, bir də baxdıq ki, 3 min nəfərə yardım etmişik. Burdakı yaramaz iqtisadiyyatın ucbatından döyüşdən qazandığım pulun dadını çıxara bilmədim. Heç nə almadım, istirahətə getmədim. Evdə oturub, məşq etdim".