Öncə müsəlman gəncin fransımüəllimi öldürməsi, ardınca Fransa prezidenti Emmanuel Makronun hadisə ilə bağlı dedikləri böyük səs-küyə səbəb olub. 

Offsideplus.az xəbər verir ki, bir çox müsəlman idmançıların ardınca dünyaca ünlü Həbib Nurməhəmmədov də məsələyə münasibət bildirib. Əslən dağıstanlı rusiyalı idmançı şəxsi "instaqram" səhifəsində Makrona bu cür cavab verib: "Söz azadlığından istifadə edib dünyadakı milyardyarım müsəlmanın hissləri ilə oynayan alçaqların üzünü Yaradan tanınmaz hala salsın. Allah tez qərar verəndir. Onları bu dünyada da, axirətdə də alçaldacaq. Biz Məhəmməd Peyğəmbəri öz ana-atalarımızdan, bacı-qardaşlarımızdan, ailəmizdən, övladlarımızdan çox istəyirik. Bu təxirbatı yaradanlar mütləq və mütləq layiqli cəzalarını alacaqlar. Allah onu və onun Rəsullarını alçaldanları lənətləyir. Axirətdə onları alçaldıcı cəzalar gözləyir".

Qeyd edək ki, Samuel Pati adlı müəllim İnsan hüquqları dərsində Məhəmməd Peyğəmbərlə bağlı karikatura göstərmiş, bununla razılaşmayan əslən dağıstanlı 18 yaşlı gənc onu öldürmüşdü. Makron məsələyə münasibət bildirəndə məktəbdə karikatura göstərməkdə qeyri-adi halın olmadığını deyərək, müsəlman terroruna son qoymaq üçün qeyri-din nümayəndələrinin birlik və bərabərlik nümayiş etdirməli olduqlarını dilə gətirmişdi.