Elə insanlar var ki, vətənin bütövlüyü uğrunda İkinci Qarabağ Müharibəsində iştirak etsələr də, onların cəbhədə olmasından xəbərsizik. Belələri reklam olunmağı, tez-tez adlarının çəkilməyini sevməyənlərdir. 

Belələrindən biri də Fariz Nəcəfovdur.

Offsideplus.az xəbər verir ki, "Qəbələ"nin İdman Klubunun prezidenti döyüşlər başlayan ilk günlərdən zabit kimi könüllü olaraq ön cəbhəyə yollanıb. Lakin bir ay ərzində heç kim bu haqda yazmayıb. Çünki Nəcəfov yaxın ətrafına bu barədə heç kimə məlumat verməməyi tapşırıb. Məsələdən yeni duyuq düşmüşük.

Məlumat üçün qeyd edək, əslən Ağdamdan olan Fariz bəy karate üzrə dünya və Avropa çempionudur. O həm də Birinci Qarabağ Müharibəsinin iştirakçılarından olub.