Müizəffər Azərbaycan Ordusu Qarabağ torpaqlarını yağı düşmən tapdağından təmizlədikcə, Ermənistanda vəziyyət inanılmaz dərəcədə gərginləşir.

Dinc əhali Nikol Paşinyanın yarıtmaz siyasətinə qarşı çıxmaqdadır. Hətta böyük əksəriyyət torpaqların Avərbaycana qaytarılmasını, bununla da sülhün bərqərar olmasını istəyir. Artıq iş o yerə çatıb ki, insanlar sülh istəyini çəkinmədən açıq şəkildə dilə gətirir.

Offsideplus.az elitada mübarizə aparan "Urartu"nun yarımmüdafiəçisi Akop Akopyanın sport.am saytına verdiyi açıqlamanı təqdim edir: "Bu dəqiqə ölkəmiz və insanlarımız adına həssas dönəm yaşayırıq. Gizlətmirəm, heç kimin əhvalı yerində deyil, psixoloji sarsıntı var. Buna baxmayaraq, fiziki durumumuzu qorumaq üçün daim məşq edirik. Ümid edirəm ki, müharibə tezliklə qurtaracaq və biz sülh şəraitində çempionatımızı bərpa edib, yolumuza davam edəcəyik".