Türkiyədə həbsdə olan iş adamı Mübariz Mənsimov aclıq aksiyasını dayandırıb.

Offsideplus.az xəbər verir ki, bu haqda məlumat "Xəzər Lənkəran"ın və Lənkəran şəhər stadionun sahibinin şəxsi "Facebook" səhifəsində verilib.

Qeyd edək ki, İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılan Mübariz Mənsimov barəsində məhkəmə qərarına əsasən həbs-qətimkan tədbiri seçilib.