Braziliya millisinin sabiq müdafiəçisi Kafu PSJ-nin hücumçusu Neymar"Barselona"nın hücumçusu Lionel Messini müqayisə edib.

Offsideplus.az xəbər verir ki, sambaçı həmyerlisinin bacarıq baxımından hamıdan üstün olduğunu bildirib:

"Bacarıq baxımından dünyanın heç bir oyunçusu Neymarla müqayisə edilə bilməz. Hətta Messi belə, baxmayaraq ki, Messini çox sevirəm. Neymar fərq yarada biləcək oyunçudur. O öz üzərinə məsuliyyət götürməlidir. İndiki halda onda liderlik keyfiyyətləri yoxdur. Neymar Braziliyanın ümididir.

Xoşunuza gəlsə də, gəlməsə də, Neymar ilə meydanda səkkiz rəqib onun arxasında qalacaq. Bu Neymarın yadplanetli səviyyəsində bir oyunçu olduğunu göstərir.