Offside Sport Media yeni aksiyaya start verib.

FİDE-nin İddiaçılar Turnirini təxirə salmasından sonra portalın rəsmi "Facebook" səhifəsində bu haqda məlumat verilib.

Offside Sport Media rəhbərliyinin başlatdığı #JusticeforRadjabov həştəqi FİDE-nin rəsmi səhifəsində böyük etiraz dalğası yaradıb. Bu etiraza xarici şahmatsevərlər də qoşularaq dəstək veriblər.

WhatsApp Image 2020 03 26 at 09.56.36

WhatsApp Image 2020 03 26 at 09.57.26

WhatsApp Image 2020 03 26 at 09.58.30

Qeyd edək ki, Teymur Rəcəbov məhz Koronavirus pandemiyasına görə turnirin təxirə salınmalı olduğunu təklif etmişdi, ancaq bu təklif FİDE tərəfindən rədd edilmişdi. Bu səbəbdən Teymur Rəcəbov fransız şahmatçı Maxime Vachier-Lagrave ilə əvəz olunmuşdu.