Hazırda Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı, "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovun səhhətində ciddi problemlər müşahidə olunur.

Offsideplus.az xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi Fidan Quliyeva Anews.az-a məlumat verib.

"Bu dəqiqə aldığımız məlumata görə, Mübariz Mənsimovun səhhəti kəskin dərəcədə ağırlaşıb. Həkimlər qanqidalandırıcı sistem qoşmaq istəsə də, Mənsimov bundan imtina edib", - deyə Fidan Quliyeva bildirib.