Məşhur futbolçu Samuel  Eto'o keçmiş komanda yoldaşı Ronaldinyo Qauço haqda danışıb.

Offsideplus.az xəbər verir ki, veteran futbolçu "Barselona"da çıxış edərkən birgə mübarizə apardığı braziliyalı oyunçunun həbs edilməsindən dərin kədərləndiyini bildirib.  Eto'o Ronaldinyonun həbsdən çıxması üçün əlindən gələn köməyi edə biləcəyini deyib.

"Sənə ürəyimdəkiləri söyləyə bilmərəm, Roni. Çünki nələr yaşadığını təsəvvür edə bilmirəm. Lazım olan hər şeyi etmək üçün mənə güvənə bilərsən. Sənin həbsxanadan çıxmağın üçün əlimdən gələni edəcəm. Səni çox sevirəm."