Azərbaycanın idman ulduzlarının yer aldığı videoçarx hazırlanıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyasının reallaşdırdığı layihədə Olimpiya və dünya çempionlarımız əhalini təlaşlanmamağa, hökümətin tətbiq etdiyi qaydalara riayət etməyə dəvət edirlər.
Videoçarxda Olimpiya çempionlarımız Namiq Abdullayev, Zemfira Meftəhəddinova, paralimpiya çempionu İlham Zəkiyev, dünya çempionu Rafael Ağayev və AİJF idarə heyətinin üzvü, televiziya aparıcısı Sənan Şəfizadə çəkiliblər.