Koronavirus səbəbindən futbolda yaranan fasilə futbolçuların evdə özlərinə yeni məşğuliyyət tapması ilə nəticələnib.

Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasına liderlik edən "Liverpul"un futbolçusu Ceyms Milner komanda yoldaşı Aleks Çemberleynin evdə sevgilisi ilə rəqs etdiyi videopaylaşımına cavab olaraq çay paketlərini ayırdığı videosunu paylaşıb.