UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşülərindən PSJ - "Borussiya" (Dortmund) matçı birincilərin qələbəsi ilə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi Almaniyanın klubunu iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 2:0, 1:2.
Oyundan sonra Mbappe "İnstagram" hesabından etdiyi canlı yayımda Neymar və digər komanda yoldaşları ilə birgə "Borussiya"nın norveçli ulduzu Erlinq Holandın məşhur qol sevincini təkrarlayıb.