Argentina Super Liqasında 2019/20 mövsümünün qalibi məlum olub.

Offsideplus.az xəbər verir ki, son turda Dieqo Maradonanın rəhbərlik etdiyi “Ximnasiya”nı 1:0 hesabı ilə  məğlub edən “Boka Xuniors” 34-cü dəfə bu titula yiyələnib.

"Boka Xuniors"un hücumçusu Karlos Tevezin həmin oyundan qabaq rəqib klubun baş məşqçisi Dieqo Maradonanı dodağından öpməsi isə sosial şəbəkələrdə böyük marağa səbəb olub. Tevez bunu uğur üçün etdiyini bildirib.

Qeyd edək ki, sonuncu tura “Boka Xuniors”un 1 xal önündə daxil olan ”River Pleyt”, səfərdə “Atletiko Tukuman”la qollu bərabərə qalaraq, çempionluğu “Boka Xuniors”a verib.

tev