Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "İlin mətbuat katibi” seçilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası, "Olimpiya dünyası" qəzeti və "Olimpsport" jurnalının birgə təşkilatçılığı ilə keçirilən 2019-cu ilin "Qızıl 10-luq” idman sorğusunun nəticələrinə əsasən S. Məmmədova qalib olub.
Qeyd edək ki, Səmayə Məmmədova dəfələrlə müxtəlif qurumların təşkil etdiyi sorğularda mükafatlara, həmçinin bir neçə dəfə "İlin mətbuat katibi” adına layiq görülüb.