“Yuventus”un futbolçusu Kriştianu Ronaldo yenidən İspaniya “Real Madrid”ində çıxış etmək istəyir.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçusunun yaxın dostu, jurnalist Edu Agirre  “Chiringuito TV”yə açıqlamasında 35 yaşlı forvardın keçmiş komandasına qayıtmaq arzusundadır: “Dəqiq bilirəm ki, Kriştianu “Real Madrid”ə qayıtmaq istəyir. O, “Barselona” ilə oyunu izləmək üçün getdiyi “Santyaqo Bernabeu” stadionunda özünə qarşı əvvəlki sevgini hiss etdi və bundan təsirləndi. Hazırda “Yuventus”dakı işinə köklənib. Amma futbolda heç vaxt qəti söz demək olmur. Gələcəkdə nə olacağını heç kim deyə bilməz”.

Qeyd edək ki, Kriştianu Ronaldo 2009 – 2018-ci illərdə "Real"ın formasını geyinib.