“Yuventus”un hücumçusu Kriştianu Ronaldonun ardıcıl qol seriyasına son qoyulub. 

Offsideplus.az xəbər verir ki, portuqaliyalı superulduz komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində “Lion”a 0:1 hesablı məğlub olduğu oyunda fərqlənə bilməyib. Beləliklə də, o, 2020-ci ildə ilk dəfə meydanı qolsuz tərk edib.

35 yaşlı forvard yeni ilin ilk 2 ayında keçirdiyi 7 oyunda (Seriya A və İtaliya kuboku oyunları) ümumilikdə 11 dəfə fərqlənib. 

Qeyd edək ki, “Yuventus”la “Lion” arasında cavab oyunu martın 17-də Turində keçiriləcək.