"Leyptsiq”in baş məşqçisi Naqelsmann "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın tövsiyələrini dinlədiyini etiraf edib.

Offsideplus.az xəbər verir kii,Naqelsmann onunla apardığı müzakirə barədə danışıb:
"Məsləhət aldığım yeganə şəxs Qavrdioladır. Mən Pepə zəng edib "Bavariya”ya necə qalib gəlməyin yolunu soruşmuram.  Ona bizim oyunlardan bir neçə epizodun videosunu göndərirəm və öz qərarım barədə danışıram. Bundan sonra o, öz fikrini səmimi şəkildə bildirir və biz müzakirə aparırıq. Belə hal tez-tez baş vermir. Amma bunu yüksək dəyərləndirirəm. Çünki Pep bir çox şeyi fərqli şəkildə edir".