Çili yığmasının sabiq baş məşqçisi Marselo Byelsa özünü sakitləşdirmək üçün fərqli metoddan istifadə edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Çili yığmasının sabiq üzvləri – Xose Fensalida ilə Mark Qonsales danışıblar. Marselo qarşılaşmadan sonra paltardəyişmə otağında yarım saat çılpaq uzanırmış: 
"Bir dəfə Byelsa paltardəyişmə otağına daxil oldu. Ona isti idi. O, o tərəf-bu tərəfə gedir, heç kimlə danışmırdı. Daxildə daha bir otaq vardı. Marselo ora daxil oldu. Bir azdan onun orda nə işlə məşğul olduğunu öyrənmək istədik. O, əməliyyat stolunda tam çılpaq vəziyyətdə uzanmışdı. Beləcə, 30 dəqiqə uzandı. Bir dəfə də İtaliyaya 0:1 hesabı ilə məğlub olmuşduq. Byelsa özündən çıxmışdı. O, qəzəbli halda paltardəyişmə otağına daxil oldu və tam soyundu”.
Byelsa Çili yığmasına 2007-2010-cu illərdə başçılıq edib.