Devid Bekhemin klubu "İnter Mayami" məhkəmədə uduzub.

Offsideplus.az xəbər verir ki, İtaliyanın "İnter" klubu Bekhemin komandasını məhkəməyə verərək, adını dəyişməyi tələb edirdi. İlk məhkəmə işində qərar Seriya A klubunun lehinə çıxarılıb.

"İnter" MLS-in hüquqi quruluşunun xüsusiyyətləri səbəbindən klubu deyil, liqanı məhkəməyə vermişdi. MLS bir neçə klubun adının "İnter" olduğunu dəlil kimi göstərsə də, bu addan istifadə hüquqlarının olduğunu sübut edə bilməyib.