"Qalatasaray"ın məşqçində xoşagəlməz hadisə yaşanıb.

Offsideplus.az "Sabah"a istinadla xəbər verir ki, Radamel Falkao ilə Emre Mor dalaşıblar. Falkao məşqdəki ikitərəfli oyun zamanı məğlub duruma düşüncə, Emre Mora ‘Haydi, toparlanıb özümüzü göstərək"’ deyib. 

Image result for galatasaray emre mor falcao

Emre Morun ‘İşinlə məşğul ol" cavabına Falkaonun cavabı sərt olub: "Mənim səviyyəmdə deyilsən!".

Bundan sonra tərəflər arasında əlbəyaxa dava olub. Futbolçuları komanda yoldaşları ayırıb.