“Tottenhem”in baş məşqçisi Joze Mourinyo növbəti dəfə mətbuat konfransında diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, Joze “Norviç”lə oyundan sonra “Sky Sports”un jurnalisti Qari Kotterillanı ələ salıb: 

“Bruno Fernandeş “Mançester Yunayted”ə keçir? Siz ki Lissabonda olmusunuz. Keçir, ya keçmir?”

Jurnalistdən qəti cavab gəlmədiyini görüncə sualını təkrarlayıb: “Bruno “MY”yə tranfsfer olur, ya yox?” 

Bundan sonra jurnalist “yox” deyib.

Qeyd edək ki, “Sky Sport” Fernandeşin “Sportinq”dən  “Mançester Yunayted”ə transfer ediləcəyi haqda məlumat yayıb. Futbolçunun yüksək qiyməti səbəbindən transfer baş tutmayıb.