Bu gün AFFA Həmkarlar Komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə futboldakı problemlərlə bağlı müraciət etməyi planlaşdırırdı.

Offsideplus.az xəbər verir ki, tədbir "Altus Otel"də keçiriləcəkdi. Konfrans baş tutmayıb. Tədbirin keçirilməməsinə səbəb "Altus Otel"in razılaşmanı pozması olub. Otel rəsmiləri konfrans zalının su basmasını əsas gətirərək məclisin baş tutmamasına səbəb olub. Həmkarlar İttifaqı ətrafdakı digər otellərə müraciət etsə də, heç bir məkan konfransın keçirilməsinə şərait yaratmayıb.

Təşkilat üzvləri restoranların birində çay süfrəsi təşkil edərək jurnalistlərə müraciətlə bağlı məlumat veriblər.

 

Sultan SoY