"Barselona" İspaniya kubokunda səfərdə "İbiza"nı 2-1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin oyunçusu Devid Mendoza Antuan Qrizmannla formasını dəyişdiyini bildirib:

"Oyundan sonra Qrizmanna yaxınlaşıb ondan formasını istədim. O, isə mənə oyunda çıxış etdiyi formasının korlandığını və paltardəyişmə otağından yenisini gətirəcəyini bildirdi. Paltardəyişmə otağına gedəndə o, artıq məni orada gözləyirdi. Formasını verdikdən sonra Qrizmann mənə dedi: 'Mənə öz formanı vermək fikrin yoxdur?'. Mən isə cavabında: 'Sən həqiqətən bu formanı götürmək istəyirsən?' soruşdum. Onun məndən formamı alacağına inanmazdım".