Dünya futbolunun ən gözəl qadın hakimlərindən biri Fernanda Kolombo Ulianadı.

Offsideplus.az xəbər verir ki, braziliyalı hakim işi ilə yanaşı, gözəlliyi ilə də daim diqqət mərkəzindədi.

Qeyd edək ki, Fernanda Kolombo Uliana 2014-cü ildə böyük qalmaqala səbəb olmuşdu. Belə ki, Braziliya A Seriyasının "Kruzeyro" - "Atletiko Mineyro" matçında yan xətt hakimi olan xanım ədalət təmsilçisi 1:2 hesabı ilə uduzan "Kruzeyro"nun son dəqiqədə vurduğu qolu ofsayd olaraq qeyd etmişdi. Bu isə klub rəhbərliyinin və azarkeşlərinin sərt etirazına səbəb olmuşdu.