UEFA 2019-cu ilin ən yaxşı simvolik komandasını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, rəmzi "11-lik" azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşib. 2 milyondan çox azarkeşin iştirak etdiyi sorğunun nəticəsinə görə, simvolik heyətdə Çempionlar Liqasının qalibi "Liverpul"un 5 oyunçusu yer alıb.