Football World Rankings portalı 2020-ci il üçün dünyanın ən yaxşı məşqçilərinin ilk reytinq siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan klublarının məşqçilərindən ən yüksək pillədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yer alıb. O, 1054 xalla 4 pillə irəliləyərək 571-ci yerə yüksəlib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin 3 pillə irəliləyərək 818 xalla 674-cidir.