İspaniya Superkubokunun finalında “Real” penaltilər seriyasında “Atletiko”ya 4-1 hesabı ilə qalib gələrək kuboku qazanıb.

Offsideplus.az xəbər verir ki, bu komandanın baş məşqçisi Zinəddin Zidanın Madrid klubunda 9-cu final qələbəsi olub.

"Kral Klubu" fransız mütəxəssisin rəhbərliyi altında 2016-cı ildə Klublararası Dünya Kuboku, UEFA Superkuboku, Çempionlar Liqası, 2017-ci ildə Klublararası Dünya Kuboku, İspaniya Superkuboku, UEFA Superkuboku, Çempionlar Liqası, 2018-ci ildə Çempionlar Liqası və son olaraq, 2020-ci ildə İspaniya Superkubokunun finalında sevinən tərəf olub.