Millimizin sabiq baş məşqisi Nikola Yurçeviçin qızı Lana Yurçeviçin toy mərasimi keçirilib. 

Offsideplus.az xəbər verir ki, makedoniyalı futbolçu Rista Riki Mitrevskilə evlənən Lananın nigah mərasimi Zaqrebdəki Müqəddəs Marka kilsəsində ailə üzvləri və yaxınlar iştirakı ilə baş tutub. Yurçeviç toyda mahnı oxumaqla diqqət çəkib. Videonu həyat yoldaşı Marina Yurçeviç paylaşıb.
На изображении может находиться: 1 человек, стоит и свадьба
Xatırladaq ki, Yurçeviç ötən ilin fevralında millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini 1 xalla qrup sonuncusu kimi başa vurub.