“Roma”nın və İtaliya yığmasının sabiq futbolçusu Daniele De Rossi karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu qərarını ailəsi ilə daha çox vaxt keçirmək istəyi ilə əlaqələndirib.

2001-2019-cu illərdə “Roma”nın şərəfini qorumuş Daniele 616 oyuna 63 qol vurub. 

De Rossi “Roma” ilə 2 dəfə İtaliya kubokunun, bir dəfə İtaliya superkubokunun qalibi olub. 2006-cı ildə isə o, İtaliya yığmasının heyətində dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Ötən yayda Argentinanın “Boka Xuniors” klubu ilə müqavilə bağlayan futbolçu, zədə səbəbindən iştirak etdiyi cəmi 6 oyunda 1 dəfə fərqlənə bilib.