“Yuventus” İtaliya A Seriyasının 18-ci turu çərçivəsində “Kalyari” ilə ev oyununda 4:0 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, oyunda het-trik edən Kriştiano Ronaldo yeni uğura imza atıb. Portuqaliyalı hücumçu Avropanın üç böyük çempionatında het-trikə imza atan ikinci futbolçu olub.
Ronaldo daha öncə İngiltərə Premyer Liqasında (“Mançester Yunayted”) və İspaniya La Liqasında (“Real”) da het-trik edib. Bu, onun karyerasında 56-cı het-trikdir.
34 yaşlı futbolçu bu uğuru sayəsində çilili Aleksis Sançesə çatıb.