2019-cu ildə Avropada oynayan ən yaxşı braziliyalı futbolçu məlum olub.

Offsideplus.az xəbər verir ki, azarkeşlər, keçmiş futbolçular və baş məşqçilər arasında keçirilən sorğuda “Liverpul”un qapıçısı Alisson Bekker qalib olub. 27 yaşlı futbolçuya “Samba Gold” mükafatı verilib. Bekker “Samba Gold”u qazanan ilk qapıçı olub.

Braziliya millisinin də qolkiperi olan Alisson, 2019-cu ildə “Liverpul”la Çempionlar Liqasını, Klublararası dünya çempionatını, Braziliya yığması ilə isə Amerika kubokunu qazanıb.