Fransanın "Nansi" futbol komandasının qapıçısı Baptiste Valette həbs edilib.

Offsideplus.az AFP-yə istinadla  xəbər verir ki, qolkiper 18 yaşlı qıza təcavüzdə ittiham edilir.

2001-ci il təvəllüdlü qız istintaq orqanlarına gecə klublarından birində zorakılıqla üzləşməsi ilə bağlı müraciət edib. Hadisə dekabrın 14-dən 15-ə keçən gecə baş verib. Futbolçu həmin gün polis bölməsinə aparılıb. Baptiste Valette sərxoş olduğundan dindirilmə başqa vaxta keçirilib.