"Tottenhem”dən istefaya göndərilən Mourisio Poçettino hələ istirahət edir. 

Offsideplus.az xəbər verir ki, Poçettino vətəni Argentinaya gedib. O, ölkəsində Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə də görüşüb. 
Poçettino Maradonanın çalışdırdığı "Ximnasiya”nın "kordoba” ilə qarşılaşmasını da stadiondan izləyib. Oyun Maradonanın komandasının qələbəsi ilə bitib – 2:1. 
Poçettinonun Maradona ilə görüşü barədə məlumatı da klub saytı yayıb. Mourisio 21 yaşı olanda – 1993-cü ildə "Nyuells Old Boyz” komandasında Dieqo ilə birgə çıxış edib. 
Bir müddət əvvəl Maradona "Ximansiya”dan istefa versə də, klub rəhbərliyi onun istefasını qəbul etməyib.