“Keşlə”nin müdafiəçisi İlkin Qırtımovun bacısı Sevinc Qırtımovanın Bakının Yasamal rayonunda intihar etdiyini xəbər vermişdik.

Offsideplus.az xəbər verir ki, mərhumun atası İlham Qırtımov qızının intihar etmədiyini bildirib:

“Sevinc Yasamalda oğlumla (“Keşlə”nin müdafiəçisi İlkin Qırtımov) birlikdə yaşayırdı. Hadisə Yasamalda, binanın 18-ci mərtəbəsində baş verib. Bir neçə gün idi qızım mədəsindən şikayət edirdi. Buna görə də, müalicə üçün iynə-dərman etdirirdi. Qızım evin içində qaytarmağa başlayıb. Özünü pis hiss etdiyindən, hava almaq üçün evin eyvanına çıxıb. Yenidən qaytaranda ayağı sürüşüb və aşağı düşüb (ağlayır)”.

Sevinc Qırtımova Azərbaycan Milli Konservatoriyasında çalışırmış (Unikal).