"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Ballon d'Or" mükafatının bu ilki sahibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, dünya futbolunun ən prestijli mükafatlarından olan "Ballon d'Or"u Lionel Messi ("Barcelona") qazanıb. Messi Kriştiano Ronaldo ("Yuventus") və Vircil van Daykı ("Liverpul") qabaqlayıb.

Xatırladaq ki, Messi ən çox - 6 dəfə "Ballon d'Or" qazanan ilk futbolçudur.