“Barselona” və “Çelsi” kimi klublardakı çıxışı ilə tanınan Kamerun yığmasının sabiq hücumçusu Samuel Eto’o biznesə başlayır.

Komanda.az xəbər verir ki, 38 yaşlı Eto’onun ölkəsində fəaliyyət göstərəcəyi bukmeker şirkəti “Beto’o” adlanır. O, bu sahədə daha uğurlu olmaq üçün isə 1 il Bostonda dünyanın ən məşhur universitetlərindən birində - Harvard Universitetində təhsil alacaq.

 Kamerun yığmasında da 118 oyun keçirən Eto’o karyerası ərzində “Real”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Antalyaspor” və “Konyaspor” klublarında forma geyinib.