"Barselona"nın argentinalı hücumçusu və komandanın kapitanı Lionel Messi 2019-cu ilin nüfuzlu "Qızıl top"unun sahibi olacaq.

Offsideplus.az-ın  "Transfermarkt"ə istinadən verdiyi xəbər görə, qalibin müəyyən edilməsi ilə bağlı səsvermə noyabrın 9-da başa çatıb. Alman portalı argentinalı oyunçunun əldə etdiyi mükafatların yenilənmiş statistikanı açıqlayıb. Bu siyahıya "Qızıl top" - 2019 da daxildir.

Mükafatlandırma mərasimi dekabrın 2-də Parisdə keçiriləcək.

Xatırladaq ki, Messi daha əvvəl 5 dəfə "Qızıl top" mükafatını qazanıb.