İtaliya "İnter"inin baş məşqçisi Antonio Konteyə içərisində güllə olan anonim zərf göndərilib.

Offsideplus.az "Corriere della sera"ya istinadən xəbər verir ki, polis məsələ ilə bağlı istintaqa başlayıb.

50 yaşlı mütəxəssisin evinin qarşısında və klubun bazasının yaxınlığında mühafizəçi olacaq. 

Xatırladaq ki, Antonio Konte mövsümün əvvəlində "İnter"in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 12 turdan sonra 31 xalla ikincidir. Lider "Yuventus"un 32 xalı var.