"Liverpul"un baş məşqçisi Yurgen Klopp jurnalistlərin suallarını cavablandırarkən növbəti dəfə maraqlı anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Mançester Siti"yə 3-1 hesabı ilə qalib gəldikləri oyundan sonra ayaqüstü müsahibə verən Klopp əvvəlcə jurnalistin səhvini düzəldib. Müxbirlərdən biri "UEFA-nın məşqçilər üçün olan konfransında Pepe ilə danışmısınızmı?" sualını verərkən, alman məşqşi "Pepe kimdir?" deyə soruşub, ardınca da  gülərək "Pepe yox, Pep Qvardiola" deyərək düzəliş edib. Arxadan Qvardiolanın gəldiyini görən Klopp gülməli tərzdə və pıçıltı ilə "Pep Qvardiola gəlir" deyərək qaçıb. 

Sosial şəbəkələrdə geniş yayılan və təbəssümlə qarşılanan həmin görüntünü təqdim edirik