"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç "Golden Foot" mükafatını qazanıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Kriştianu Ronaldo, Lionel Messi, Tyaqu Silva, Serxio Ramos kimi futbolçuları geridə qoyaraq 29 yaşdan yuxarı futbolçulara verilən mükafata sahib çıxıb.

Mükafatlandırma mərasimi noyabrın 12-də Monte-Karloda keçirilib.

2003-cü ildən verilən bu mükafatı hər futbolçu yalnız bir dəfə qazana bilər.