"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu haqda kitab yazılıb.

Offsideplus.az xəbər verir ki, bu haqda futbolçu şəxsi "İnstagram" hesabında məlumat verib. "Qələbə qolu" adlanan kitabın müəllifi Sizvi Feys Sitoledir.

Kitabın üzərində Ndlovunun "Qarabağ"ın heyətində Çempionlar Liqasının pley-of mərhələsinin cavab oyununda "Kopenhagen"ə qol vurduqdan sonra sevincini əks etdirən foto var. Şəklin altında isə bu cümlələr yazılıb: "Bu hisləri supermarketdən ala bilməzsən. Bunun üçün çalışmalısan. Bu, həyatımın ən gözəl anlarından biridir".

Avtobioqrafiya xarakterli kitaba görə müəllifə minnətdarlıq edən Dino bunları qeyd edib: "Heç vaxt özümlə bu qədər qürur duymamışdım. Sizvi Feys Sitole, mənə belə böyük layihə kimi yanaşdığın üçün təşəkkür edirəm. Çox həyəcanlıyam".