Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub. 

Offsideplus.az xəbər verir ki, Vaqif Cavadov çıxışı zamanı yarım milyona mənzilini satışa çıxarması ilə bağlı yayılan məsələyə aydınlıq gətirib. 

Vaqif Cavadov mövzu ətrafında danışarkən kinayəli şəkildə deyib ki, satışa çıxarılan ev stadiondan iki dəfə böyükdür: "Yarım milyon deyil, bir az çoxdur. Əgər onların dediyi kimi yarım milyonluq evdirsə, onda ev stadiondan iki dəfə böyükdür. Məlumatı bilən deyə bilər ki, 100 metr deyil, ikiqatdır".