Bu gün İtaliyanın Milan şəhərində FİFA-nın The Best mükafatının qaliblərinin adı açıqlanıb

 

Offsideplus.az xəbər verir ki, dünyanın ali futbol qurumunun təsis etdiyi bu mükafat ötən mövsümün (16 iyul, 2018 - 19 iyul, 2019-cu ilə qədər olan dövr) yekunlarına görə verilir və “Qızıl top” mükafatının davamı sayılır. Qalib azarkeşlər, jurnalistlər, millinin məşqçisi və kapitanları arasındakı sorğu əsasında müəyyənləşib.

"The Best FİFA Award 2019"-un qalibləri:
 İlin ən yaxşı futbolçusu - Lionel MESSİ (Barcelona)
 İlin ən yaxşı qadın futbolçusu - Meqan RAPİNO (Reign)
İlin ən yaxşı məşqçisi - Yürgen KLOPP (Liverpool)
İlin ən yaxşı qadın məşqçisi - Cill ELİSS (ABŞ yığması)
 İlin ən yaxşı qapıçısı - Alisson BEKER (Liverpool)
"Fair Play" mükafatı - Marselo BYELSA (Leeds)
 Puşkaş mükafatı (ən yaxşı qol) - Daniel SZORİ (Debrecen)
 İlin ən yaxşı azarkeşləri - Palmeiras
İlin rəmzi yığması: Alisson, De Liqt, Van Deyk, Ramos, Marselo, Modriç, de Yonq, Hazard, Messi, Mbappe, Ronaldo